Əmmanda İmadəddin Nəsimiyə həsr olunmuş konfrans keçirilib
21 Oktyabr, 16:14   |    Baxış sayı: 59

Əmmanda İmadəddin Nəsimiyə həsr olunmuş konfrans keçirilib

Ərəb dünyasının ən nüfuzlu ali məktəblərindən biri olan Iordaniya Universitetində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Azərbaycanın Iordaniyadakı Səfirliyinin dəstəyilə təşkil olunan tədbirdə elm, mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Konfransda məruzəçi qismində AMEA-nın akademik Z.Bunyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva çıxış edib. O, şairin həyat və yaradıcılığı, fəlsəfi baxışları haqqında geniş məlumat verərək, Nəsimi amilinin Azərbaycan ədəbiyyatına gətirdiyi cəhətlərdən və yeniliklərdən danışıb.
Tədqiqatçı alimin çıxışını ərəb dilinə İordaniya Universitetinin tələbəsi Samia Xamis tərcümə edib.