Əlaqə

DiasporPress.az xəbər saytı diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi, bu sahə ilə bağlı fəaliyyətinin operativ və müntəzəm işıqlandırılmasını təmin edəcək.

"DiasporPress.Az Azərbaycan Diasporu İnformadiya Mərkəzi “ADİM”-in Azərbaycan Respubilkasının Prezidenti Dünya azərbaycanlılarının lideri Cənab İlham Əliyevin doğum günü və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə reallaşdırdığı media layihədir. DiasporPress.Az 31dekabr 2014-ci il-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Azərbaycanın ilk ixtisaslaşdırılmış diaspor xəbər saytı olan Diaspor.Az saytının davamı kimi yenilənmiş və təkmilləşdirilmiş farmatda olaraq fəaliyyətini davam etdirməkdədir.


DiasporPress.Az vasitəsilə Azərbaycan diasporu ilə yanaşı ictimai, siyasi, sosial, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır. Bununla yanaşı, DiasporPress.Az ixtisaslaşdırılmış İnternet Qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. DiasporPress.Az Ölkəmizdən kənarda Azərbaycan naminə fəaliyyət göstərən heç bir diaspor təşkilatlarına qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər.

DiasporPress.Az ixtisaslaşdırılmış xəbər saytıının “qaynar-xətt”i fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.


"DiasporPress.Az" İxtisaslaşdırılmış xəbər saytı Azərbaycan Diasporu İnformasiya Mərkəzinin mətbu orqanıdır.

Baş redaktoru Toğrul Allahverdilidir.

Əlaqə:
Mob: +994 50 212 50 11
Ofis: +994 12 530 16 27