Əhməd Davudoğlu AKP-dən getdi
13 Sentyabr, 16:10   |    Baxış sayı: 78

Əhməd Davudoğlu AKP-dən getdi

Diasporpress.az xəbər verir ki, Əhməd Davudoğlu istefa qərarını ofisində keçirdiyi mətbuat konfransında elan edib.

"Əhdimizə hər zaman sadiq qaldıq”, – deyən Davudoğlu AKP haqqında səsləndirdiyi fikirlərin səmimi olduğunu vurğulayıb.

Xatırladaq ki, Əhməd Davudoğlu Türkiyənin sabiq prezidenti Abdullah Gül və baş nazirin keçmiş müavini Ali Babacanla birlikdə Yaşam və Ədalət Partiyasını (YAP) təsis edib.