Dövlət qulluğu üzrə müsahibədə iştirak üçün bu günədək 1287 nəfər müraciət edib
28 Avqust, 17:13   |    Baxış sayı: 73

Dövlət qulluğu üzrə müsahibədə iştirak üçün bu günədək 1287 nəfər müraciət edib

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

Diasporpress.az DİM-in saytına istinadla xəbər verir ki, avqustun 28-i saat 16:05-ə olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1287 nəfər ərizə verib.

Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.

Sənəd qəbulu sentyabrın 2-də başa çatacaq.
 
Diasporpress.az