Dövlət Komitəsinin nümayəndələri hindistanlı diplomatla görüşüblər
01 Oktyabr, 15:10   |    Baxış sayı: 53

Dövlət Komitəsinin nümayəndələri hindistanlı diplomatla görüşüblər

Diasporpress.az xəbər verir ki, ABŞ-a səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Hindistanın Nyu-Yorkdakı baş konsulu Sandip Çakravoti (Sandeep Chakravorty) ilə görüşüb.

Görüş zamanı Nyu-York ştatında yaşayan hindistanlılarla azərbaycanlı icmasının əməkdaşlığının qurulması perspektivləri müzakirə edilib. Tərəflər diasporlararası təcrübə mübadiləsi, müştərək tədbirlərin keçirilməsi, o cümlədən hər iki xalqın bayramlarının, mühüm tarixi günlərinin birgə qeyd olunması ətrafında fikir mübadiləsi aparıblar.

Bu əməkdaşlığın gələcəkdə daha geniş şəkildə inkişaf etdirilməsi, Hindistan diasporunun Azərbaycan diasporu ilə əlaqələrinin qurulması ideyası irəli sürülüb.