Dövlət Komitəsinin bir illik fəaliyyəti - Tarixin “diaspor barışığı”, Həmrəylik düşərgəsi
24 Aprel, 20:12   |    Baxış sayı: 2708

Dövlət Komitəsinin bir illik fəaliyyəti - Tarixin “diaspor barışığı”, Həmrəylik düşərgəsi

Bütün işlər sadəcə olaraq 365 gün ərzində həyata keçib.

Prezident İlham Əliyevin ötən il həyata keçirdiyi daha bir uğurlu təyinatı dünyanın bütün nöqtələrində yaşayan azərbaycanlıların həmrəyliyinə səbəb olub. Bununla da dünyanın müxtəlif ölkələrində yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz birlik nümayiş etdirməyə başlayıblar. Bu, bəlkə də təyinata sahib olan şəxsin gənc olmasından irəli gəlir.

Mövzunun dərinliyinə getməmiş oxucuları intizarda saxlamaq istəmirəm: Söhbət Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yeni sədri Fuad Muradovdan və onun bu sahədə bir il müddətinə həyata keçirdiyi on illik uğurlu işlərdən gedir.

 

Türk diasporunun vahid ideologiya ətrafında birləşməsi...


F.Muradov Dövlət Komitəsinə sədr təyin olunduqdan sonra ilk xarici səfərini Türkiyədən başladı. O, bununla da ilk olaraq canı və qanı bir olan türk xalqlarının həmrəy olduqlarını sübut etmiş oldu. Türkün türkdən başqa dostu yoxdur, təbii ki. O, bütövlükdə türk diasporunun vahid ideologiya ətrafında birləşməsinə nail oldu. Bu, xalqların diaspor sahəsində inqilabi bir hadisə kimi tarixinə düşdü.


Tarixin "diaspor barışığı”...


F.Muradov həmçinin bəzi xarici ölkələrdə yaşayan həmvətənlərimiz arasında ədalətli hakim rolunu oynayan obraza çevrilib. Bəzi ölkələrdə onu küsülüləri barışdıran xeyirxah hakimə bənzədirlər. Bu da onun Dövlət Komitəsində həyata keçirdiyi humanist işlərin nəticəsidir. O, bir müddət əvvəl uzun illərdir düşmən mövqedə dayanan iki küsülü diaspor rəhbərini barışdırmaqla çiyinlərində daşıdığı məsuliyyətin fərqini düşünmüş oldu. Bu barışıq "diaspor barışığı” kimi tarixə düşdü.


Vətən onunla döyünən hər bir ürəyin içərisindədir...


Dövlət Komitəsində həyata keçirilən layihələr də Vətənimizin dünyanın istənilən nöqtəsində yaşamağından asılı olmayaraq heç bir həmyerlimizdən uzaqda olmadığını xatırlatdı. Hətta Azərbaycandan maksimum qədər xeyli məsafələr uzaqda yaşayanlar azərbaycanlılar da Vətənin uzaqda olmadığını hiss etdilər, dərk etdilər. Vətən onunla döyünən hər bir ürəyin içərisindədir. Bəzən ürəklər o qədər döyünür ki, artıq adi bir vərdişə çevrilir. O döyüntülərin əsl məqsədini xatırtlatmaq lazımdır.


Həmrəylik düşərgəsi və yaxud da güc birlikdədir...


DİDK tarixində ilk dəfə olaraq bütün dünyada diaspor fəaliyyəti ilə məşğul olan azərbaycanlı diaspor nümayəndələrinin Bakıda toplaşması diaspor düşərgəsinin yaranmasına səbəb oldu. Bu da məhz gənc sədrin gənc azərbaycanlı liderləri bir araya toplamaq üçün, onların birliyini nümayiş etdirmək üçün, gücün yalnız birlikdə olduğunu sübut etmək üçün həyata keçirdiyi layihənin sadəcə bir hissəsi idi. Dünyanın müxtəlif ölkələrində yaşayan və sadəcə adlarını eşidən diaspor fəalları məhz düşərgə günlərində əl sıxaraq əsl həqiqətdə eyni ideologiyanın ətrafında sıx birləşdiklərini hiss etmiş oldular.

 

Davamı var...


Diasporpress.az

Toğrul Allahverdili