Dövlət Komitəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi ilə görüş keçirilib
13 Mart, 15:17   |    Baxış sayı: 802

Dövlət Komitəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiya direktoru Caydev Sinqx ilə görüşüb.

Komitə sədri Azərbaycan dövlətinin diaspor siyasəti, həyata keçirilən layihələr və Azərbaycan Diasporuna Dəstək Fondu haqqında məlumat verib, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində icmaların rolu barədə danışıb.

Görüşdə ABŞ-dakı Azərbaycan diaspor təşkilatları, eyni zamanda Azərbaycandakı ABŞ icmasının fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

C.Sinqx USAİD-lə Azərbaycan arasında, o cümlədən bu təşkilatla Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondu arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, ABŞ-da yaşayan azərbaycanlıların fəaliyyətini təqdir etdiyini deyib və ortaq layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini səsləndirib.