Dövlət Komitəsi təmsilçilərinin Portlənddəki görüşləri uğurlu keçib
28 Sentyabr, 12:11   |    Baxış sayı: 77

Dövlət Komitəsi təmsilçilərinin Portlənddəki görüşləri uğurlu keçib

Diasporpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Men ştatının Portlənd şəhər meriyasında, Cənubi Men Universitetində, senator Syuzan Kollinzin ofisində, "Study Maine” təhsil mərkəzində görüşləri keçirilib.

Şəhər meneceri Con Cenninqs və İqtisadi Potensial Bürosunun direktoru Culia Truksio Luenqo, Cənubi Men Universitetinin prezidenti Glen Kamminqs və prezidentin müxtəliflik və qəbul üzrə xüsusi məsləhətçisi professor Reza Celali, dövlət idarəsinin nümayəndəsi Keyt Simpson, eləcə də "Study Maine” şirkətinin direktoru və baş ticarət mütəxəssisi Zeynəb Türklə görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli və strateji tərəfdaşlıq, ölkəmizin iqtisadi-sosial inkişafı, Prezident İlham Əliyevin müxtəlif sahələr üzrə həyata keçirdiyi dövlət proqramları, Dağlıq Qarabağa dair Azərbaycan həqiqətləri, ölkəmizin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyəti, azərbaycanlıların Portləndin yerli cəmiyyətinə uğurlu inteqrasiyası, şəhərin ictimai-siyasi və sosial həyatında onların fəal iştirak etmələri, təhsil sahəsində mübadilə proqramları və sair məsələlər müzakirə olunub.

Cənubi Men Universitetinin kitabxanasına Azərbaycandan gətirilən kitablar hədiyyə olunub.