Dünya şöhrətli pianoçu Xatiya Buniatişvili Bakıda çıxış edəcək
07 Avqust, 16:30   |    Baxış sayı: 193

Dünya şöhrətli pianoçu Xatiya Buniatişvili Bakıda çıxış edəcək

Sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış edəcək.

Diasporpress.az xəbər verir ki, konsert Ü. Hacıbəyli XI beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

Konsertdə F.Əmirovun "Azərbaycan kapriççiosu”, Niyazinin "Rast” simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın "Fortepiano və orkestr üçün Ərəb mövzularına konserti” səslənəcək.
 
Diasporpress.az