“Dünya gəncləri dini və etnik tolerantlıq yurdu - Azərbaycanda” - Mərakeşin xəbərlər portalı
30 İyul, 17:35   |    Baxış sayı: 47

“Dünya gəncləri dini və etnik tolerantlıq yurdu - Azərbaycanda” - Mərakeşin xəbərlər portalı

Mərakeşin "Febrair” xəbərlər portalında "Dünya gəncləri dini və etnik tolerantlıq yurdu - Azərbaycanda” başlıqlı məqalə dərc edilib.

Diasporpress.az-ın məlumatına görə, Məqalədə bildirilir ki, IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsi çərçivəsində təşkil olunan Azərbaycan "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı I Beynəlxalq Gənclər Forumunun 20-dən artıq ölkədən iştirakçılarını qəbul edir. Azərbaycanın Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilən tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Böyük Britaniyada yerləşən "Gənclər Arasında Ümumi Söz” beynəlxalq təşkilatının dəstəyi ilə böyük uğurla həyata keçirildi.

Forum çərçivəsində dinlər və mədəniyyətlər arasında dialoqun gücləndirilməsi yolları müzakirə edilib, multikulturalizmin möhkəmləndirilməsi üçün gənc liderlərin hazırlanması sahəsində seminarlar təşkil edilib.

Yazıda qeyd edilir ki, "Multikulturalizm siyasəti və multikulturalizmin Azərbaycan modeli” mövzusunda keçirilə ilk sessiyanın moderatoru İrina Kunina multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyini, ölkədə ayrı-ayrı millətlərin nümayəndələrinin sülh şəraitində yaşadıqlarını vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Abbas İsmayılov sessiyada çıxış edərək Azərbaycanın multikulturalizm modelindən bəhs edib. O bildirib ki, Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Məqalədə diqqətə çatdırılır ki, tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan multikulturalizmin, tolerantlığın, birgəyaşayışın təkcə regionda deyil, beynəlxalq arenada da təşviqi ilə məşğul olur. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirilən uğurlu layihələr həyata keçirilib.

Beynəlxalq Multikulturalizm Məktəbinin Bakı şəhəri ilə yanaşı Şəki, Oğuz və Qəbələ rayonlarını da əhatə edib. İştirakçılar yerli əhali, dini icmalar və din xadimləri ilə görüşüb, tarixi abidələrlə tanış olublar.
 
Diasporpress.az