Dünya bazarında neftin qiyməti artır
13 May, 15:50   |    Baxış sayı: 20

Dünya bazarında neftin qiyməti artır

Bu gün Bakı vaxtı ilə saat 15:30-da London birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının iyul fyuçerslərinin qiyməti bir barel üçün 1,63% artaraq 71,77 dollara yüksəlib.

DiasporPress.Az xəbər verir ki, Nyu-York əmtəə birjasında WTI markalı yüngül neftin iyun fyuçerslərinin qiyməti 1,43% artaraq bir barelə görə 62,54 dollara bərabər olub.

"Bloomberg” agentliyi bildirir ki, neftin qiymətindəki artım ötən gün Fars körfəzində Səudiyyə Ərəbistanın iki tankerinə hücumla əlaqədardır.