Dubayda qalan azərbaycanlılar vətənə qayıdır
27 Aprel, 19:08   |    Baxış sayı: 234

Dubayda qalan azərbaycanlılar vətənə qayıdır

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qalan vətəndaşlarımızın aprelin 28-də ölkəyə qayıdaçağı gözlənilir.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən Dubaydan geri dönə bilməyən 75 azərbaycanlı kömək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Mart ayının 26-dan bu günə qədər Komitə onların otellərdə yerləşdirilməsini təmin edib və digər gündəlik iaşə xərclərini ödəyib.

Əldə olunan məlumata görə həmin soydaşlarımız aprelin 28-də ölkəyə qayıda biləcəklər.

Bir neçə gün əvvəl Dövlət Komitəsinin xaricdə qalan vətəndaşlarımızla təşkil etdiyi videokonfransa Dubaydan qoşulan azərbaycanlılar onlara göstərilən münasibətdən olduqca razı qaldıqlarını ifadə edib və bildiriblər ki, qürbətdə olduğumuz müddətdə dövlətimizi maddi və mənəvi olaraq yanımızda hiss etdik.

Soydaşlarımız buna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.