DTX rəisi müxalif partiya sədrinin oğlunun yas mərasiminə gəldi
20 Sentyabr, 10:20   |    Baxış sayı: 65

DTX rəisi müxalif partiya sədrinin oğlunun yas mərasiminə gəldi

İnterpress.az xəbər verir ki, Dünən Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun ötən il Türkiyədə qətlə yetirilmiş oğlu Etimad İsmayılovun "Təzə Pir” məscidində il mərasimi keçirililib.

Azərbaycan hakimiyyətinin iki önəmli postunun rəhbəri – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov məclisə qatılıblar.
Xüsusi xidmət orqanı rəhbərlərinin mərasimdə iştirak etməsi Etimad İsmayılovun atası İlyas İsmayılov və məclisdə iştirak edən insanlar üçün gözlənilməz olub.