Diaspor təşkilatından bayrağımıza qarşı hörmətsizlik
03 Aprel, 16:13   |    Baxış sayı: 311

Diaspor təşkilatından bayrağımıza qarşı hörmətsizlik

Diasporpress.az xəbər verir ki, Mərkəzi ofisi Kievdə yerləşən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir nümayəndəliyinin qərargahı qarşısında Azərbaycan bayrağı tərsinə asılıb.

Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Ukraynada ən fəal diaspor təşkilatımızdır. Təşkilat üzvləri və sədri Hikmət Cavadov hər zaman milli mövqelərimizi qoruyan şəxslər olmasını nəzərə alsaq bayrağın tərsinə asılmasının təxribat olmasını istisna etmirik.

Diasporpress.az