Diaspor sədri: Səfirliyimiz və konsulluğumuz yoxdur, biz varıq
28 Mart, 19:19   |    Baxış sayı: 608

Diaspor sədri: Səfirliyimiz və konsulluğumuz yoxdur, biz varıq

"Şimali Kipr Türk Respublikasında 4 Azərbaycan Respublikası vətəndaşının saxlanıldığı və onların yeni koronavirus infeksiyasına yoluxma faktı ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər əsassızdır".

DiasporPress.az xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu verib. O, bildirib ki, 4 azərbaycanlının hazırda karantində olma faktı doğrudur: "Onların hansı şəraitdə ora aprıldıqları ilə bağlı tam, şəffaf və doğru məlumatı sizlərlə bölüşmək istəyirik. Bu tipli səhv məlumatlar adada təhsil alan çoxsaylı tələbələrimizin valideyinlərini və Kiprdə yaşayan həmvətənlilərimizi narahat etməkdədir. 19 mart tarixində Pegasusa aid 2 ayrı uçuş ilə 4 Azərbaycan vətəndaşı İstanbula Sabiha Gökçen Havalimanına uçublar. Onlara Türkiyəyə giriş izni olmadığı üçün təkrar 20 mart, 10:20 PC 1918 nömrəli Pegasus reysi ilə Kipr Ercan Havalimanına göndəriliblər".

Cəmiyyət sədri deyib ki, koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılmasının qarşısını almaq məqsədi ilə Kiprə daxil olan bütün yerli və əcnəbi vətəndaşları xüsusi rejimli karantinə alan Şimali Kipr dövləti soydaşlarımızı da həmin məntəqələrə yerləşdirib. Məlumat üçün bildiririk ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti həmin tələbələr ilə mütəmadi olaraq əlaqədədir. Onların səhhətində hər hansı bir narahatçılıq doğuran məqam yoxdur. ŞKTR höküməti karantin şəraitində olanlara daimi qayğı gösdərməktədir. Xüsusi ilə qeyd etmək istəyirik ki, Cəmiyyətimiz ilk gündən Şimali Kiprdə bütün soydaşlarımız ilə maraqlanmaqdaır. Onların qarşılaşdığı problemləri həll etməkdədir. Adada otellərdə çalışan çox sayıda soydaşımız öz iş yerlərini itirməklə birlikdə yaşadıqları yerləri də itirib. Cəmiyyətimizin dəstəyi ilə onlar müxtəlif yataqxanalarda müvəqqəti yaşayış yerləri ilə təmin olunub. Onların əksəriyyətinə qida yardımı göstərilib".

Orxan Həsənoğlu deyib ki, bütün bu fəaliyyətlər və problemlər barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumatlandırılıb, lazımı dəstəyin veriləcəyi bildirilib: "Komitə əməkdaşları ilə mütəmadi olaraq əlaqədəyik və onlar daim soydaşlarımızın problemləri ilə maraqlanır. Şimali Kipr Türk Respublikasının müstəqilliyi məlum səbəblərdən dolayı Azərbaycan Respublikası tərəfindən tanınmamaqdadır. Adada səfirliyimiz və ya hər hansı bir diplomatik korpusumuz yoxdur. Buna baxmayaraq cəmiyyətimiz 2012-ci ildən etibarən adada yaşayan bütün soydaşlarımızın daimi yanında olub. Ölkəmizin tanıdılması və soydaşlarımızın hüquqlarının qorunması istiqamətində öz fəaliyyətini sürdürməkdədir.

Reallığı əks etdirməyən xəbərləri cəmiyyəti və xüsusi ilə yaxınları adada yaşayanları olduqca narahat etməktədir. Cəmiyyətimiz bu kimi xəbərlərə inanmamağı və ehtiyac duyulduğunda daim bizimlə əlaqədə olmağı tövsiyyə edir".