Diaspor könüllülərinin xaricdə yaşayan soydaşlarımızla görüşləri davam edir
31 Oktyabr, 15:31   |    Baxış sayı: 44

Diaspor könüllülərinin xaricdə yaşayan soydaşlarımızla görüşləri davam edir

Diasporpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində "Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları ilə xaricdə yaşayan soydaşlarımızın görüşləri davam edir. Proqram çərçivəsində "Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları Kanadada yaşayan həmyerlimiz, 2018-ci ildə "Ən yaxşı müəllim" adına layiq görülmüş, Yeganə Cəfərova və 1989-cu ildə Kanadada ilk Azərbaycan diaspor təşkilatı olaraq rəsmi qeydiyyatdan keçmiş "Kvebek Azərbaycanlıları Assosiasiyası"nın təsisçisi və sədri Məsud Əliyev ilə görüşüblər.
Eyni zamanda, könüllülər Polşada yaşayan, Varşava Azərbaycanlıları Birliyinin sədri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının Koordinatoru Rəsul Məmmədov, Türkiyədə yaşayan, Uşaq Universitetinin tələbəsi və Universitetin Azərbaycan Tələbə Təmsilçisi Ramin Seyidov, Amerika Birləşmiş Ştatlarında yaşayan, Corc Vaşinqton Universitetinin doktorantı Çilənay Səfərli, Bellevue məktəblər şəbəkəsində müəllimə və azərbaycan-türk dilləri üzrə tərcüməşi işləyən Aytac Qasımova, Şimali Kipr Türk Respublikasında yaşayan, Kipr Azərbaycan Diaspora Mərkəzinin həmsədri Toğrul Abbasov, Almaniyada yaşayan, həkim soydaşımız Fərid Əhmədov, Kanadada yaşayan, Kanada York Universitetinin tibb elmləri üzrə məzunu, Ottovada Azərbaycan icmasının üzvü Namiq Ağayev, ilə video-bağlantı vasitəsilə fikir mübadiləsi aparıblar.
Xaricdə yaşayan soydaşlarımızla Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrdə soydaşlarımızın yerli cəmiyyətə inteqrasiya vəziyyəti, milli kimliyin qorunması imkanları, lobbiçilik fəaliyyətləri və s. kimi məsələlərlə bağlı müzakirələr aparılıb. Soydaşlarımız müzakirələrə məmnuniyyətlə qoşulub və hər iki tərəf onlara yaradılan bu imkanı yüksək qiymətləndiriblər.
Qeyd edək ki, "Azərbaycan Diaspor Könüllüləri” Proqramına uyğun olaraq, diaspor könüllülərinin görüşləri və video-müzakirələri davam edir.