Ölkə

Deputat: “Cənab Prezident tərəfindən aparılan islahatların qarşısını almaq heç bir siyasi qüvvənin gücü daxilində deyil”

Müsahibimiz Milli Məclisin deputatı,Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərovdur;

Deputat: “Cənab Prezident tərəfindən aparılan islahatların qarşısını almaq heç bir siyasi qüvvənin gücü daxilində deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsahibimiz Milli Məclisin deputatı,Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərovdur;

Karantin rejimini pozduğuna görə inzibati tənbeh tədbirlərinin həyata keçirilməsində heç vaxt siyasi mənsubiyyət önəm daşımıyıb

Kamal müəllim koronovirus pandemiyası dünya miqyasında böyük itkilərlə müşaiyət olunsa da, Azərbaycan bu prosesdən üzüağ çıxır. Ölkəmizin bir fors-masor vəziyyətə hazır olması kimi qiymətləndirmək olarmı?

-Bu gün bəşəriyyət böyük sınaq qarşısındadır. Dünya istər iqtisadi, istər səhiyyə, istərsə də sosial-psixoloji cəhətdən gözlənilməz zərbənin təsiri altında mübarizə aparır. Bəzi ölkələrin doğrudan da böyük itkilərlə üzləşdiyi zamanda Azərbaycanda vaxtında və doğru istiqamətdə atılan addımlar ölkəni gözlənilən böhrandan qorudu. Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzaladı, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, koronavirus pandemiyasına qarşı mühüm səhiyyə tədbirləri həyata keçirildi, dövlət başçısının təşəbbüsü ilə müasir tibb müəssisələri açıldı.
Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıdı. Prezidentin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın problemə vaxtında həssas münasibət göstərmələri, bir illik əmək haqlarını Fonda bağışlamaları bütün qüvvələrin səfərbəyliyi üçün böyük stimul oldu.
Sosial təminat və sağlamlıq məsələlərinin ön plana çıxması, bu istiqamətdə atılan doğru addımlar onu sübut etdi ki, Azərbaycan dövləti daxili prioritetləri vaxtında və çox düzgün müəyyən edib. Misal üçün 600 min işsiz və xüsusi karantin rejiminə görə işini itirənlərə 190 manat birdəfəlik ödəmənin verilməsi, DOST İş Mərkəzləri vasitəsi ilə 90 min ödənişli ictimai iş yerlərinin yaradılması, 12 min ailənin özünəməşğulluq proqramına cəlb edilməsi və s. Sadaladığım və sadalamadığım onlarla addım, verilən çevik reaksiyalar bizi bu böyük bəlanın qarşısında güclü etdi.
Əhalinin müxtəlif təbəqələri, o cümlədən sahibkarlıq subyektləri görülən tədbirlərə dəstək verdi, sosial həmrəylik, dövlət – vətəndaş birliyi nümayiş olundu. Bütün bunlar ölkəmizin istənilən fors-major vəziyyətə hazır olduğunu sübut edir.

Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmizdə tətbiq olunan karantin vəziyyətindən bəzi işbazlar, xüsusən 5-ci kalonun təsir dairəsində olan qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün istifadə edirlər. Sizin bu barədə fikirlərinizi eşitmək maraqlı olardı…

-Hər kəs qanun qarşısında bərabərdir. Dünyada heç bir insan hüququ təsisatı bu cür faktı qanun pozuntusu və insan haqlarının pozulması kimi qiymətləndirə bilməz. Belə yanaşmalar müəyyən siyasi dairələrin məqsədli yanaşmasıdır və dediyim kimi heç bir hüququ əsasa malik deyil. Karantin rejimini pozduğuna görə inzibati tənbeh tədbirlərinin həyata keçirilməsində heç vaxt siyasi mənsubiyyət önəm daşımıyıb.

Kamal müəllim postpandemiya dövrü dünyada və Azərbaycanda hansı izlər buraxacaq və sizcə, bu istiqamətdə hansı addımlar atılmalıdır?

-Koronavirusun dünya iqtisadiyyatı üçün çox böyük fəsadları oldu. Böyük institutlar və banklar dünya iqtisadiyyatının artması ilə bağlı proqnozlarına dəyişiklik ediblər. Analitiklər mart ayındakı bir hesabatda demək olar ki, dünyanın bütün iqtisadiyyatı üçün 2020-ci il böyümə proqnozlarını aşağı endiriblər. Bunlar olduqca ciddi siqnallardır. Tarixdə hər zaman müharibələr də olub, fəlakətlər, epidemiyalar da. Hər şey zamanla ötüb keçib. Bu çətin məqamların da müəyyən dövrü var. Əminəm ki cənab Prezidentin rəhbərliyi ilə bizim xalqımız bu sınaqdan da şərəflə çıxacacaq.Prezident İlham Əliyev belə bir fikir səsləndirdi: “Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır.”
Bu fikirlərin müəyyən etdiyi istiqamət göstərir ki, koronavirusun mənfi təsirlərinin minimuma endirilməsi, sahibkarların daha qısa zamanda öz fəaliyyətlərini bərpa etməsi əsas hədəf olacaq. Bu da aydındır ki, pandemiyadan sonar bugünkü ictimai münasibətlər sistemini yenidən formalaşacaq, informasiya inqilabının yeni mərhələsi başlayacaq.
Düşünürəm ki, atılan bir çox addımlar, o cümlədən vergi güzəştlərinin tətbiq edilməsi sahibkarlara postkoronavirus dövründə iqtisadi aktivlilərini daha qısa zamanda bərpa etmək imkanı verəcək. Baxmayaraq ki, proqnozlar şərti xarakter daşıyır, düşünürəm ki, biz qloballaşma anlayışının müəyyən mənada arxa planda qaldığı, milli səviyyə və daxili planlaşdırmanın öndə olduğu bir dövrün ən uğurlu ölkələrindən olacağıq. Buna dəqiq, hesablanmış addımlarımızla nail olacağıq. Amma bu proses təbii ki, zaman tələb edir.

Heydər Əliyev Fondu 100 min ehtiyacı olan ailəyə yardım edəcək. Bu addımı necə qiymətləndirirsiniz?

-Heydər Əliyev Fondu ölkəmizin sosial-iqtisadi inkişafına yönəlik dövlət proqramlarına dəstək verən, ən iri humanitar layihələrin müəllifi olan bir təsisatdır. Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiyalar həm əhatə dairəsi, həm də mahiyyəti etibarilə ölçüyəgəlməz xarakterə malikdir. “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən bütün aksiyaların məqsədi aztəminatlı ailələrin, həssas kateqoriyadan olan müxtəlif insanların yanında olmaq, vətəndaş həmrəyliyini gücləndirməkdir. Hörmətli Mehriban xanım Əliyeva öz nəcib təşəbbüsləri ilə əvəzolunmaz bir nümunə, Azərbaycan xalıqının dəyər simvoludur.
Bu çətin günlərdə Mehriban xanım Əliyevanın yaradıcısı və rəhbəri olduğu təsisatın-Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr və şəxsən ölkənin Birinci xanımının çağırışları bütün dünyada müşahidə olunan sosial gərginliyin cəmiyyətmizdə daha az hiss olunmasının təməl prinsiplərindən biridir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələrə böyük imkanlar yaradılıb. Lakin buna baxmayaraq, ölkəmizdə həyata keçirilən islahatları qaralamağa çalışan, hər vəchlə buna mane olmaq istəyən qüvvələr var. Onların bu addımına sizin münasibətinizi bilmək maraqlı olardı…

-Bu gün Azərbaycanda demokratik mühit, siyasi fikir azadlığı hökm sürür. Siyasi partiyaların müstəqil fəaliyyəti üçün heç bir maneə yoxdur. Ölkəmizdə bütün sahələrdə aparılan islahatlar sistematik xarakteri ilə seçilir. Dövlətin iqtisadi göstəriciləri çox müsbətdir və ölkəmiz Doing Business hesabatında biznes mühitinə görə ciddi irəliləyişə nail olub.
Ölkəmizin sosial siyasəti birmənalıdır və Azərbaycan prezidenti dəfələrlə vurğulayıb ki, bu gün dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Belə hesab edirəm ki, aparılan doğru islahatların qarşısını almaq və ya onlara hansısa məqamlarda mane olmaq və ya onları qaralamaq bu gün heç bir siyasi qüvvənin gücü daxilində deyil.