Damcılı mağarasında arxeoloji qazıntılar aparılır
31 İyul, 16:46   |    Baxış sayı: 46

Damcılı mağarasında arxeoloji qazıntılar aparılır

Qazax rayonunda yerləşən "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki dünya əhəmiyyətli Damcılı mağarasında arxeoloji qazıntılar davam edir.

Diasporpress.az xəbər verir ki, tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Yaponiyanın Tokio Universiteti arasında imzalanmış üçtərəfli memoranduma əsasən aparılır.

Qazıntıların aparılmasında məqsəd Daş dövrünə aid nümunələri əldə etməklə düşərgədə qədim insan məskəninin olduğunu, həmçinin burada yaşayan insanların gəlmə deyil, yerli sakinlər olduqlarını öyrənmək, eləcə də Neolit dövrü ilə Mezolit dövrü arasında olan əlaqəni müəyyənləşdirməkdir.

Arxeoloji tədqiqatlar Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərliyi ilə aparılır. Qazıntılarda, həmçinin həmin universitetin üzvlərindən Çie Akaşi, doktorant Fumika İkeyama, Qədim Şərq Muzeyinin arxeoloqu Kazuya Şimoqama, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarından Mənsur Mənsurov, Yaqub Məmmədov, Ülviyyə Heydərova və Əjdər Babayev iştirak edirlər.
 
Diasporpress.az