Cəlilabad rayonunda kunq-fu üzrə “Cənub” idman klubu fəaliyyətə başlayıb
07 Mart, 14:23   |    Baxış sayı: 166

Cəlilabad rayonunda kunq-fu üzrə “Cənub” idman klubu fəaliyyətə başlayıb

Azərbaycan Kunq-fu Federasiyası (AKFF) idmanın bu növünün regionlarda inkişafı üçün ardıcıl tədbirləri davam etdirir.

Federasiyadan diasporpress.az-a bildiriblər ki, görülən tədbirlər çərçivəsində Cəlilabad rayonunun Göytəpə şəhərində "Cənub” idman klubu fəaliyyətə başlayıb.

Açılış mərasimində federasiyanın rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Respublikamızda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində bölgələrdə idman zalları açılır, yeniyetmə və gənc idmançıların yetişməsi üçün peşəkar məşqçilər dəvət olunur.

Məşqlərə respublika dərəcəli hakim, dünya çempionatının mükafatçısı, Azərbaycan çempionu Elvin Mustafayev rəhbərlik edir.