BMT Livandakı sülhməramlıların mandatının müddətini artırıb
02 Sentyabr, 14:04   |    Baxış sayı: 101

BMT Livandakı sülhməramlıların mandatının müddətini artırıb

BMT Təhlükəsizlik Şurasının iclasında Livandakı sülhməramlı qüvvələrin (UNFIL) mandatının müddəti daha bir il artırılıb.

Diasporpress.az xarici KİV-lərə istinjadən xəbər verir ki, bu qərarı Təhlükəsizlik Şurasının üzvləri yekdilliklə dəstəkləyiblər.

Bundan əlavə, iclasda iştirak edən 15 daimi və qeyri-daimi üzv ölkə İsrail və Livanı atəşkəs rejiminə əməl etməyə, bütün problemləri danışıqlar yolu ilə nizama salmağa çağırıb.
 
Diasporpress.az