Bir qrup britaniyalı zəvvar Londondan Mədinəyə velosipedlə gəlib
07 Avqust, 22:19   |    Baxış sayı: 43

Bir qrup britaniyalı zəvvar Londondan Mədinəyə velosipedlə gəlib

Bir qrup britaniyalı zəvvar həcc ziyarəti üçün Londondan Mədinəyə qədər olan 6500 kilometrlik məsafəni velosipedlə gəlib.

Diasporpress.az yerli KİV-ə istinadla xəbər verir ki, 8 zəvvar-velosipedçi Səudiyyə şəhərinin sakinləri tərəfindən təntənə ilə qarşılanıb. Mədinə sakinləri onları qızılgül və nağara ilə qarşılayıb, yolçuları ərəb qəhvəsi, xurma və Zəm-zəm suyuna qonaq ediblər.

Qeyd olunur ki, bu qrupun rəhbəri dəfələrlə belə uzun velosiped gəzintilərini həyata keçirmiş britaniyalı müsəlman Tahir Həsən Axtardır. O bildirib ki, onlar Mədinəyə çatmaq üçün 18 ölkəni keçib. (azərtac)
 
Diasporpress.az