Binə və Hövsan qəsəbələrində qaz təchizatında məhdudiyyətlər olacaq
03 Sentyabr, 10:27   |    Baxış sayı: 112

Binə və Hövsan qəsəbələrində qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün Bakının bəzi ərazilərində təbii qazın təchizatında məhdudiyyətlər yaranıb.

Bu barədə Diasporpress.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu gün ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı saat 11:00-dan 12:00-dək Binə kəndində, saat 12:00-dan 13:00-dək Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisi və saat 14:00-dan 16:00-dək Hövsan qəsəbəsi və kəndində qaz təchizatı dayandırılacaq.
 
Diasporpress.az