Beyləqanda şəkər çuğunduru yığımına başlanılıb
04 Sentyabr, 15:06   |    Baxış sayı: 72

Beyləqanda şəkər çuğunduru yığımına başlanılıb

Beyləqan rayonunun fermerləri və mülkiyyətçiləri şəkər çuğunduru yığımına başlayıblar.

Rayon Statistika İdarəsindən Diaasporpress.az bildiriblər ki, torpaq mülkiyyətçiləri bu il 558,7 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Bu, ötən illə müqayisədə 66,4 hektar çoxdur. Beyləqanlı fermerlər bu günədək sahələrdən 654 ton çuğundur yığıblar. Məhsul İmişli şəkər zavoduna təhvil verilir.

Qeyd edək ki, ötən il Beyləqan rayonunda 492,3 hektar sahədə şəkər çuğunduru becərilib, 16 min 63,5 ton məhsul əldə edilib. Hər hektarın məhsuldarlığı orta hesabla 326,3 sentner olub. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.
 
Diaasporpress.az