Beniluks Azərbaycanlıları Konqresinin sədri Koronavirusla Mübarizəyə Dəstək Fondununa ianə köçürüb
30 Mart, 19:11   |    Baxış sayı: 615

Beniluks Azərbaycanlıları Konqresinin sədri Koronavirusla Mübarizəyə Dəstək Fondununa ianə köçürüb

Beniluks Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov İlham Əliyevin çağırışına qoşulub.

DiasporPress.az xəbər verir ki, Koronavirus pandemiyası bütün dünya üçün böyük təhlükə olduğu indiki mürəkkəb vaxtda ölkə rəhbərliyinin vətəndaşların sağlamlığını və Vətənin həyati vacib maraqlarını qorumağa yönəlmiş səylərini dəstəkləmək çox vacibdir.

Bu çətin anlarda Prezident İlham Əliyevin çağırışına ölkəmizdən kənarda yaşayan həmvətənlətimiz də həmrəylik nümayiş etdirirlər.

Ölkə rəhbərliyinin çağırışı Azərbaycanın hüdudlarından kənarda da eşidilməkdədir. Dar gündə Vətəninə yardım əlini uzatmağa hazır olan soydaşımız - Beniluks Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Fonda vəsait köçürüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi dünyanı ağuşuna almış bu bəlanın Azərbaycanda yayılmasının qarşısının alınmasına, xəstəliklə mübarizə tədbirlərinə maliyyə yardımı göstərməkdir. Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək.