BDU-nun Qazax filialında Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
25 Aprel, 23:24   |    Baxış sayı: 219

BDU-nun Qazax filialında Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Filialın Heydər Əliyev auditoriyasında keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Xalq yazıçısının övladları, Ayna.az saytının və Ayna tv-nin təsisçisi Elçin Şıxlı, rəssam, jurnalist, "Ayna" - "Zerkalo" qəzetlərinin məsul katibi Fərrux Şıxlı, qonaqlardan filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filialın direktoru Arif Rüstəmov və müəllim-tələbə kollektivi, idarə, müəssisə və təşkilat rəhbərləri, görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması məqsədilə rayon rəhbərinin müvafiq sərəncamına əsasən yaradılmış işçi qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, KİV nümayəndələri iştirak ediblər.

 

Qonaqlar əvvəlcə filialın foyesində Xalq yazıçısının həyat və yaradıcılığını özündə əks etdirən kitab sərgisi ilə tanış olublar.

 

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq qonaqları və konfrans iştirakçılarını salamlayıb, ən xoş ürək sözlərini çatdırıb. Azərbaycan ədəbiyyatında misilsiz xidmətləri olan Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış 28 yanvar 2019-cu il tarixli sərəncamı qazaxlı ziyalılara, xüsusilə də ədəbiyyat sahəsində olan insanlara verilən ən böyük dəyər kimi qiymətləndirib. Bu tarixi əhəmiyyətli sərəncamın imzalanmasına görə rayon ziyalıları, eləcə də konfrans iştirakçıları adından minnətdarlığını çatdırıb. Azərbaycan mədəniyyətinin dünya çapında tanınmasında, təbliğ olunmasında misilsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezdenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirib.

 

İ.Şıxlı yaradıcılığından, xüsusilə də Azərbaycan ədəbiyyatındakı əvəzolunmaz xidmətlərindən söz açan filialın direktoru bildirib ki, bu gün hər bir azərbaycanlı görkəmli şəxsiyyətin yubiley tədbirini əlamətdar hadisə kimi qeyd edir. Hər bir qazaxlı, İ.Şıxlı məktəbinin yetirmələri olan insanlar bu tədbiri böyük ruh yüksəkliyi ilə qarşılayır və öz töhfəsini verməyə çalışır. Qeyd edib ki, bu gün keçirilən konfrans da Qazaxda yubileylə bağlı keçirilən silsilə tədbirlərin davamıdır.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransda çıxış edərək

 

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal "Ədəbiyyatın və əbədiyyətin İsmayıl Şıxlı zirvəsi” adlı məruzə ilə çıxış edərək görkəmli şəxsiyyətin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən söz açıb.