BDU Futzal Komandası ÖLKƏ ÇEMPİONU oldu - FOTO
09 Dekabr, 11:24   |    Baxış sayı: 3777

BDU Futzal Komandası ÖLKƏ ÇEMPİONU oldu - FOTO

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 27 noyabr - 6 dekabr tarixləri arasında keçirilən "Ali məktəb tələbələri arasında Futzal yarışması” çərçivəsində BDU Futzal Komandası ölkə çempionu olub.

Beləki, qrup mərhələsində BDU Futzal Komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Müsiqi Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universitetinin komandaları ilə qarşılaşmış və qrup lideri olaraq 4/1 final mərhələsinə atlamışdır.

BDU fudzal Komandası 4/1 mərhələsində Bakı Mühəndislik Akademiyası və Gəncə Dövlət Universitetinin yığmaları ilə baş tutan oyunlarda qələbə qazanaraq finala yüksəlmiş və Azərbaycan Dövlət İqtisad Universiteti ilə final qarşılaşması baş tutmuşdur. Final oyununda 4-2 hesabı ilə qalib gələn BDU futzal Komandası ölkə çepionu adın qazanmışdır. Digər oyunların nəticələrinə görə ikinci yerdə ADİU, üçüncü yerdə isə Azərbaycan Texniki Universitetinin yığması qərarlaşmışdır.

Qeyd edək ki, BDU Fudzal Komandasının sponsoru BDU Tələbə Həmkarlar İttifaqı Komitəsidir.


BDU Futzal Komandası ÖLKƏ ÇEMPİONU oldu - FOTO

BDU Futzal Komandası ÖLKƏ ÇEMPİONU oldu - FOTO