Banqladeşdə 500 mindən çox arakanlı müsəlmana şəxsiyyət vəsiqəsi verilib
09 Avqust, 23:37   |    Baxış sayı: 34

Banqladeşdə 500 mindən çox arakanlı müsəlmana şəxsiyyət vəsiqəsi verilib

Banqladeşdə qaçqın düşərgələrində yaşayan 500 mindən çox arakanlı müsəlmana şəxsiyyət vəsiqəsi verilib.

Diasporpress.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasında məlumat verilir. Açıqlamada qeyd edilir ki, 12 yaşdan yuxarı bütün qaçqınlara verilən biometrik vəsiqələr qadınların, uşaqların və əlillərin fərdi ehtiyaclarının təmin edilməsinə kömək olacaq. Bu kartlar vasitəsilə humanitar təşkilatlar daha əlaqəli şəkildə fəaliyyət göstərəcəklər. Heç bir qaçqın yardımdan məhrum olmayacaq.
 
Diasporpress.az