Bakıda körpüyə çıxaraq intihara cəhd edənlərlə bağlı FHN-in məlumatı
30 İyul, 14:41   |    Baxış sayı: 53

Bakıda körpüyə çıxaraq intihara cəhd edənlərlə bağlı FHN-in məlumatı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Diasporpress.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.
 
Diasporpress.az