Bakı Uşaq Teatrı mövsümün son tamaşalarını təqdim edəcək
15 İyul, 20:15   |    Baxış sayı: 61

Bakı Uşaq Teatrı mövsümün son tamaşalarını təqdim edəcək

Bakı Uşaq Teatrı hər il teatr mövsümünün açılışı və bağlanışı zamanı iki tamaşa ilə (böyüklər və uşaqlar üçün) çıxış edir. İyulun 16-da teatrın yaradıcı heyəti tərəfindən 17-ci mövsümün bağlanışı münasibətilə Teatr Xadimləri İttifaqının səhnəsində "Sehirli Tütək” tamaşası nümayiş olunacaq. 
 
Diasporpress.az xəbər verir ki, iyulun 17-də isə teatr böyüklər üçün Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanmış "Günahsız günahkarlar” tamaşasını təqdim edəcək. Tamaşadan sonra il ərzində seçilən teatrın əməkdaşları və media nümayəndələri "Gümüş Körpə” medalyonu və fəxri fərmanla mükafatlandırılacaq.
 
Diasporpress.az