AzTV-də daha bir dəyişiklik - Yazıçıya baş redaktor vəzifəsi verildi
06 Mart, 11:09   |    Baxış sayı: 249

AzTV-də daha bir dəyişiklik - Yazıçıya baş redaktor vəzifəsi verildi

AzTV-nin yeni sədri Rövşən Məmmədli kanalda kadr islahatlarını davam etdirir. 

diasporpress.az xəbər verir ki, R.Məmmədli kanalda yeni baş redaktor təyin edib. Sədr "Ədəbi-dram verilişləri" baş redaksiyasının rəhbərini dəyişib və tanınmış yazıçı Azər Qisməti buraya baş redaktor təyin edib. 
 
A.Qismətə qədər həmin vəzifədə Sadıq Elcanlı işləyirdi. S.Elcanlı isə "Telefilm" yaradıcılıq birliyinə baş redaktor təyin edilib. 

AZTV sədrinin qərarına görə, kanalın yeni baş redaktoru vəzifəsinə tanınmış yazıçı Azər Qismət təyin edilib.