“Azəriqaz” 57 mənzil və 80 fərdi yaşayış evini istismara qəbul edib
03 Sentyabr, 15:04   |    Baxış sayı: 120

“Azəriqaz” 57 mənzil və 80 fərdi yaşayış evini istismara qəbul edib

Son bir neçə günün statistikasına görə, Mənzil Tikinti Kooperativləri (MTK) üzrə 57 mənzil və 80 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparmaqla istismara qəbul olunub.

Bu barədə Diasporpress.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 61 yeni abonentə kod, 152 abonentə kart açılıb, 67 abonentlə təbii qazın verilişi üzrə müqavilə bağlanıb.

Bundan başqa, MTK-larda qazın verilməsi üçün 10 yeni ərizə qəbul olunub.
 
Diasporpress.az