Azərbaycanlı iş adamı Rusiyada aviaşirkət almaq istəyir - VİDEO
02 Oktyabr, 14:24   |    Baxış sayı: 64

Azərbaycanlı iş adamı Rusiyada aviaşirkət almaq istəyir - VİDEO

"TBS Group” şirkətinin azərbaycanlı sahibi Rəşad Məmmədovun bir sıra türk investorlarının himayəsində olduğu söylənilir. Deyilənlərə görə, sahibkar himayədarlarından aldığı pullarla "1001 tur” agentliklər şəbəkəsi, "RUSPO” onlayn rezervasiya sistemi kimi layihələr həyata keçirir.

Bununla bağlı R.Məmmədov ilk dəfə qonağı olduğu "Polezno poznokomitsya” verilişində danışıb. 

"Moskvaya ilk dəfə cibimdə 300 dollar (510 manat) pulla gəldim, dostlarımın evində qalırdım. Lakin sonra şans üzümə güldü və Türkiyədə təhsilimi yenicə bitirdiyim, yalnız ofisiantlıq tərcübəm olmağına baxmayaraq, "Skyway” tur operatorunun eks-sahibi Viktor Topokarayev və baş direktoru Aleksandr Qorbatyuk məni işə götürdü.

 

Taleyimin dönüş nöqtəsi isə "Online Voyage” şirkətində işə başlamağım oldu. Amma buna baxmayaraq, Türkiyədəki tanışlarımla ünsiyyətim davam edirdi”. 

Onun sözlərinə görə, əsas hədəfi "TBS Group”u gələcəkdə böyüdərək otel, aviaşirkət və tur operator layihələrinin də daxil olduğu böyük kampaniya halına gətirməkdir.

"Hazırkı şərtlər daxilində bu, yaxın 5-7 il ərzində reallaşa bilər. Gəzən söz-söhbətlərə gəlincə isə, danışanlar hər zaman olur və olacaq. Buna misal kimi "Peqas” şirkətinin sahibi haqqında deyilənləri yada salmaq olar”, - o əlavə edib.