Azərbaycanlı gimnast Dünya Kubokunun qalibi oldu
23 Sentyabr, 17:26   |    Baxış sayı: 101

Azərbaycanlı gimnast Dünya Kubokunun qalibi oldu

Diasporpress.az xəbər verir ki, yarışın tamblinq üzrə yarışlarında yeganə təmsilçimiz Mixail Malkin ən yüksək göstəricini əldə edib.

Belə ki, Mixail Malkin bütün rəqiblərini geridə qoyaraq, 76,300 xalla qızıl medala sahiblənib. Gümüş və bürünc medallar rusiyalı idmançılar – Maksim Ryabikov (72,300) və Maksim Şlyakinə (71,100) qismət olub.