Azərbaycanın səkkiz bölgəsində Sosial Layihələr Müsabiqəsinin təqdimatı keçirilib
11 Sentyabr, 12:44   |    Baxış sayı: 32

Azərbaycanın səkkiz bölgəsində Sosial Layihələr Müsabiqəsinin təqdimatı keçirilib

Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin Sosial Layihələr Müsabiqəsinin nümayəndə heyəti Azərbaycanın bölgələrinə səfər edib.

Səfər çərçivəsində Sosial Layihələr Müsabiqəsinin rəhbəri Şahin Seyidzadənin iştirakı ilə Şamaxı, Şəki, Mingəçevir, Gəncə, Ağcabədi, Salyan və Qubada görüşlər keçirilib. Baş tutan görüşlərdə sözügedən bölgələrdə yaşayan tələbə gənclər təşkilatlarının fəalları, ictimai təşkilatların nümayəndələri, fəal gənclər və könüllülər iştirak ediblər.

Görüşlər zamanı iştirakçılara müsabiqə, onun məqsədləri və faydaları haqqında məlumat verilib, müsabiqədə iştirak imkanlarından bəhs olunub. İştirakçılar müsabiqə haqqında onları maraqlandıran sualları ünvanlayıb, müsabiqə haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, Sosial Layihələr Müsabiqəsinin nümayəndə heyətinin Azərbaycanın bölgələrinə səfəri davam edəcək.

Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu elektron qaydada "Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet səhifəsində həyata keçirilir.