Azərbaycanın Baş Naziri MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edir
31 May, 11:38   |    Baxış sayı: 35

Azərbaycanın Baş Naziri MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edir

Türkmənistanın paytaxtı Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclası başlayıb.

DiasporPress.Az TASS-a istinadən xəbər verir ki, iclas Türkmənistan Nazirlər Kabinetinin binasında keçirilir.

Azərbaycanı iclasda Baş Nazir Novruz Məmmədov təmsil edir. 

Bundan başqa, iclasda Türkmənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Moldova və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri iştirak edirlər.

MDB İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedev iclasın açılışında bildirib ki, iştirakçılar 2030-cu ilə qədər dövrdə MDB ölkələrinin dövlətlərarası innovasiya əməkdaşlığı proqramının layihəsinin hazırlanması və əqli mülkiyyət ovyüktlərinin hüquqlarının qorunması sahəsində MDB ölkələrinin gömrük orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş üzrə iki məruzə dinləyəcək.