Azərbaycanda ÜDM istehsalı 2,5% artıb
17 Avqust, 11:39   |    Baxış sayı: 123

Azərbaycanda ÜDM istehsalı 2,5% artıb

2019-cu ilin yanvar-iyul aylarında ölkədə 44473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 4499,5 manata bərabər olub.

Diasporpress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3 faiz, sənayedə 3,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6 faiz, digər xidmət sahələrində 1,7 faiz artmış, tikintidə isə 9,1 faiz azalıb. 

İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,0 faiz, neft-qaz sektorunda isə 1,9 faiz artıb. 
 
Diasporpress.az