Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT
16 Mart, 10:20   |    Baxış sayı: 501

Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub.

Diasporpress.az xəbər verir ki, bununla bağlı əmri TƏBİB-in darə Heyətinin sədri Ramin Bayramlı imzalayıb.

Əmrə əsasən, Əmənullayev Oktay Xalıq oğlu "Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Azadxanov Elnur Ramazan oğlu bu vəzifəyə təyinat almışdı. Dünən o, növbəti əmrlə "Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor təyin olunub.

Diasporpress.az