Azərbaycan Universiteti subbakalavrlar üçün “part-time” təhsil modelini tətbiq edəcək
23 Avqust, 20:22   |    Baxış sayı: 94

Azərbaycan Universiteti subbakalavrlar üçün “part-time” təhsil modelini tətbiq edəcək

Azərbaycan Universitetində qiyabi təhsilalma forması olmadığından işləyən subbakalavrlar üçün "part-time” təhsil modeli tətbiq olunacaq. Bu model tələbələr üçün daha geniş təhsil imkanları yaradılması məqsədini daşıyır.

Universitetdən Diasporpress.az-a bildirilib ki, bu imkandan faydalanmaq istəyən subbakalavrlar universitetə iş yerindən arayış təqdim etməlidirlər.

"Part-time” (tədrisə qismən cəlb olunma) əyani təhsilalma formasının bir növü olub, hər semestrdə iki fəndən az olmamaqla tədris qrafiki tələbənin özü tərəfindən planlaşdırılır.

Subbakalavrlar daha ətraflı məlumatı qeydiyyat zamanı ala bilər, həmçinin (+99450) 268 38 19 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71
 
Diasporpress.az