Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 11% artıb
02 Avqust, 19:54   |    Baxış sayı: 53

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 11% artıb

Bu ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13 482,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) Diasporpress.az-a verilən məlumata görə, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 462,3 mln. manat və ya 3,6% çoxdur.

Bu göstərici əvvəlki ayla müqayisədə 284,6 mln dollar və ya 2,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 377,0 mln. manat və ya 11,4% artıb.

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin çoxalması hesabına baş verib.
 
Diasporpress.az