Azərbaycan hərbçilərinin iştirak etdiyi “Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub - VİDEO
23 May, 15:29   |    Baxış sayı: 53

Azərbaycan hərbçilərinin iştirak etdiyi “Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub - VİDEO

Türkiyənin Konya şəhərində "Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin yekun mərhələsi icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərin son günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.

Beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib.