Azərbaycan bankları NFC əsaslı təmassız ödəniş sisteminin tətbiqinə başlayıb
04 Avqust, 18:15   |    Baxış sayı: 56

Azərbaycan bankları NFC əsaslı təmassız ödəniş sisteminin tətbiqinə başlayıb

Avqust ayının 15-dən etibarən Azərbaycanın üç bankı tərəfindən NFC ("Near Field Communication") texnologiyaya əsaslanan təmassız mobil ödəniş xidməti tətbiq ediləcək. Bunu "APA-Economics"ə icra olunan layihəyə yaxın mənbə deyib.

Diasporpress.az xəbər verir ki, mənbənin məlumatına görə, layihəyə "Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı və "Rabitə Bank” cəlb olunub. 

"Hazırda banklar tərəfindən NFC ödənişləri bir sıra mağazalarda sınaqdan keçirilir. Yeni növ ödəniş sisteminin tətbiqi ilə banklar plastik kartların emissiyasına, müştərilər isə onları əldə etməsinə çəkdikləri xərclərə qənaət edəcəklər. Belə ki, istifadəçilər pulqabılarında bir neçə kart gəzdirmələrinə ehtiyac qalmayacaq. Təmassız ödəniş aparmaq üçün kart məlumatlarını mobil əlavəyə daxil etmək kifayət edəcək”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, NFC – qısa məsafələrdə məlumatların ötürməsini təmin edən texnologiyadır.
 
Diasporpress.az