Azərbaycan badmintonçusu 920 reytinq xalı qazanıb
04 Sentyabr, 10:27   |    Baxış sayı: 125

Azərbaycan badmintonçusu 920 reytinq xalı qazanıb

Belarusun paytaxtı Minskdə badminton üzrə "Belarus International 2019” turnirinə yekun vurulub.

Diasporpress.az xəbər verir ki, 29 avqust - 1 sentyabr tarixlərində keçirilən "International Series” kateqoriyalı turnirdə badmintonçumuz Edi Reski Dviçayo da iştirak edib. Mübarizəyə əsas mərhələdən başlayan E.R.Dviçayo onaltıdabir finalda Kanada təmsilçisi Sankirslə qarşılaşıb. Hər iki seti üstün oyun nümayiş etdirən təmsilçimiz rəqibini 2:0 (21-19,21-14) hesabı ilə məğlub edib. Badmintonçumuz səkkizdəbir finalda Çin idmançısı Ley Lan Xi ilə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 3 set davam edib. İlk seti 21-17 hesabı ilə irəlidə bitirən Dviçayo növbəti 2 setdə rəqibinə məğlub olub 1:2 (21-17, 7-21, 12-21). Edi aktivinə daha 920 reytinq xalı əlavə edib.
 
Diasporpress.az