Axtarışda olduğuna görə 25 nəfər saxlanılıb
24 Avqust, 17:37   |    Baxış sayı: 74

Axtarışda olduğuna görə 25 nəfər saxlanılıb

Ötən gün törədilmiş 21 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Diasporpress.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
 
Diasporpress.az