Avstriyanın Zaltsburq şəhərində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Novruz şənliyi keçirilib
28 Mart, 14:54   |    Baxış sayı: 190

Avstriyanın Zaltsburq şəhərində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Novruz şənliyi keçirilib

Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Bildirilib ki, xalqımızın bu günə qədər yaşatdığı Novruz özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz bu Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır. Avstriya Azərbaycanlıları Cəmiyyəti idarə heyətinin üzvləri çıxış edərək, soydaşlarımızın qarşıdan gələn günlərinin uğurlu keçməsini arzulayıblar. Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icracı direktor müavini Aytən Əliyeva çıxış edərək, Diasporla İş üzrə Dövlət Komitəsi adından Avstriyada yaşayan azərbaycanlıları təbrik edib. Sonra bayram şənliyi tanınmış incəsənət ustası Elbaris Həmidli və "Nostalji” qrupunun ifaları ilə davam etdirilib, qonaqlara bayram süfrəsi açılıb.