“Avroviziya”da terror təhlükəsi
14 May, 15:08   |    Baxış sayı: 168

“Avroviziya”da terror təhlükəsi

ABŞ-ın İsraildəki səfirliyi öz rəsmi saytında Təl-Əvivdə "Avroviziya” mahnı müsabiqəsi vaxtı terror hücumlarının baş verə biləcəyi ilə bağlı xəbərdarlıq yayıb.

ABŞ-ın diplomatik missiyası həmvətənlərinə nümayişlərin keçiriləcəyi yerlərdən uzaq durmağı tövsiyə edib

Belə ki, mahnı müsabiqəsi zamanı həm də ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinin ildönümü ilə bağlı tədbirlər keçiriləcək.

Bəyanatın mətninə əsasən, potensial insidentlər başlıca olaraq Qəzza zolağı ətrafında olan İsrail şəhərlərində, həmçinin, Təl-Əvivdə gözlənilir. Buna əsas kimi, may ayının əvvəlində Aşod, Aşkelon və digər şəhərlərin, mart ayında isə İsrailin mərkəzi bölgəsinə edilən raket hücumları göstərilir.