Ölkə

Arzu Hüseyn: “Şagirdlərimizə vətən sevgisini aşılamaq əsas strateji məsələlərimizdən biri olmalıdır”

Təkamül və İnteqrasiya beynəlxalq ictimai birliyinin sədri Arzu Hüseyn “Şagirdlərimizə vətən sevgisini aşılamaq əsas strateji məsələlərimizdən biri olmalıdır”

Arzu Hüseyn: “Şagirdlərimizə vətən sevgisini aşılamaq əsas strateji məsələlərimizdən biri olmalıdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ müharibəsindən hələ öncə ermənilər 1905, 1918-ci illərdə xalqımıza qarşı soyqrımlar törətmişdir. Qarabağ müharibəsi dövründə də Ermənilər 1918-ci il soyqrımının davamı olaraq Xocalıda, Daşaltıda əsrin ən böyük faciələrini törətdilər. Bu gün tarix boyu bizə qarşı ermənilərin törətdikləri soyqrımları gənc nəsilə çatdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək cəmiyyətimizin əsas hədəfidir. Çünki biz hələ də müharibə şəraitində və ermənilərin terror hədəfindəyik. Yetişən gənc nəsli, xüsusilə də uşaqlarımızı elə orta məktəb təhsili illərindənhəm soyqırım tariximizlə, həm də qəhrəmanlıq nümunələrimizlə yaxından tanış etmək, şəhidlərimizin həyat yolları barədə onlara məlumat vermək, vətən sevgisini aşılamaq əsas strateji məsələlərimizdən biri olmalıdır.”

Bu sözləri Təkamül və İnteqrasiya beynəlxalq ictimai birliyinin sədri Arzu Hüseyn    Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdikləri “Məcburi köçkün uşaqlar arasında hərbi vətənpərvərlik ideyalarının təbliği ilə bağlı tədbirlərin təşkili” adlı layihə barədə məlumat verərkən bildirib. Təşkilat rəhbəri qeyd edib ki, məhz bu baxımdan irəli sürülən layihə çərçivəsində orta məktəb şagirdləri arasında, xüsusilə də məcburi köçkün şagirdlər arasında hərbi vətənpərvərlik ideyalarına yönəlmiş tədbirlər keçirilir. Arzu Hüseyn layihəyə dəstək verən hər kəsə öz təşəkkürünü bildirib.