Ölkə

Anar Həsənov vəzifəsindən azad edildi-BƏYANAT

Anar Həsənov vəzifəsindən azad edildi-BƏYANATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DiasporPress.az DiasporPress.az-a istinadən xəbər verir ki, Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun kordinasiya şurasının qərarı ilə Rusiya Azərbaycanlıları İttifaqı mətbuat xidmətinin rəhbəri Anar Həsənov tutduğu vəzifədən azad edilib.

Məlumata qeyd edilir ki, O, artıq qurumun sabiq əməkdaşı hesab olunur. Buna görə də, Anar Həsənovun həm Azərbaycan, həm də Rusiya dövlətləri ilə, o cümlədən, ictimai-siyasi məsələrlərlə bağlı səsləndirdiyi fikir və mülahizələr onun şəxsi mövqeyidir və Rusiya Azərbaycanlıları İttifaqının mövqeyi kimi qiymətləndirilməməlidir. Təşkilatın yeni təyin olunacaq mətbuat xidmətinin rəhbəri haqqında KiV-ə əlavə məlumat veriləcək.

Nəzərinizə çatdıraq ki, Rusiya Azərbaycanlıları İttifaqı diaspor fəaliyyəti çərçivəsində gördüyü işləri. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının mövcud siyasətinə uyğun şəkildə həyata keçirməkdədir. Görülən işlər xaricdə yaşayan soydaşlarımıza müxtəlif istiqamətlərdə köməklə yanaşı, Azərbaycan dövlətinin tarixinin və mədəniyyətinin təbliğinə yönəlib. Xüsusi olaraq vurğulayırıq ki, təşkilat içində bəzi şəxslərin dekonstruktiv fəaliyyəti Rusiya Azərbaycanlıları İttifaqının ümumi fəaliyyətinə kölgə sala bilməz.

Xatırladaq ki, Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov, Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatları, Azərbaycan dövlətinin apardığı siyasi və ideolji xətti həmişə dəstəkləyib. Eləcə də, onun kadr siyasətinin tərkib hissəsi olan, xaricdə fəaliyyət göstərən Diplomatik nümayəndələrin əməyinini yüksək qiymətləndirir.

 

DiasporPress.az