Amerika Birləşmiş Ştatlarındakı diaspor təşkilatlarının rəhbərləri ilə videokonfrans keçirilib
07 May, 00:48   |    Baxış sayı: 574

Amerika Birləşmiş Ştatlarındakı diaspor təşkilatlarının rəhbərləri ilə videokonfrans keçirilib

Mayın 4-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə videokonfrans təşkil edilib.

Virtual konfransda Florida ştatından Florida-Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və təşkilatın mədəniyyət məsələləri üzrə rəhbəri Pərvin Muradova, Florida-Azərbaycan icmasının rəhbəri Esmira Bayramova, İllinoys ştatından İllinoys-Azərbaycan Amerika İcmasının rəhbəri Əhməd Obalı, Amerika orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Mehriban Məmmədova və icraçı direktoru Fərid Məmmədov, Kaliforniya ştatından Şimali Kaliforniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Həmid Əhmədi, Meyn ştatından Men-Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov, Texas ştatından Hyuston-Bakı Qardaş Şəhər Assosiasiyasının rəhbəri İradə Axundova, Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova, Nyu-York ştatından Nyu-York Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin rəhbəri Minəvvər Vahabova, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlilov, Milli Musiqi və Qlobal Mədəniyyət Mərkəzinin rəhbəri Nərgiz Əliyarova, "Mənim Yolum" Uşaq və Gənclərin İnkişafı Mərkəzinin rəhbəri Alyona Bədəlova, Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Dövlət Komitəsinin rəsmiləri Səlhət Abbasova və Lalə İsmayılova iştirak ediblər.

Müzakirələr zamanı COVID-19 pandemiyasının ABŞ-da yaşayan soydaşlarımıza təsirləri, qarşılaşdıqları problemlər və onların həlli istiqamətində görülən işlərdən danışılıb. Sosial təcrid şəraitində işlərini itirən soydaşlarımıza və sıxıntılı duruma düşən tələbələrə maddi imkanlar çərçivəsində yardım edildiyinə, yaşadıqları ölkənin imkanlarından səmərəli istifadə etmək və təxliyə məsələlərinin təşkilinə kömək üçün soydaşlarımıza mənəvi və maarifləndirmə dəstəyinin (məsələn, Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən xüsusi yaradılmış elektron sistemdə qeydiyyatdan keçmək və sair) göstərildiyinə diqqət cəlb olunub. Soydaşlarımızın birlik və şəbəkələşməsinin onların Vətəndən uzaqda birgə inkişafına vacib dəstək ola biləcəyi, xüsusilə, vurğulanıb.

Daha sonra təşkilatların karantin və postpandemiya dönəmində fəaliyyəti və perspektiv tədbirlər barədə fikir mübadiləsi aparılıb. Xalqımız üçün mühüm tarixi günlərdən olan 28 may - Respublika Gününün qeyd edilməsinə dair müxtəlif təkliflər irəli sürülüb.

Videokonfransların davamlı olaraq keçirilməsinin məqsədəuygun olduğu qeyd edilib.