AMB depozit hərracında 100 mln. manat cəlb edib
29 İyul, 14:58   |    Baxış sayı: 83

AMB depozit hərracında 100 mln. manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən Diasporpress.az-a verilən məlumata görə, iyulun 29-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 704,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.
 
Diasporpress.az