Almatıda həmrəylik günü keçirilib
08 Yanvar, 11:10   |    Baxış sayı: 535

Almatıda həmrəylik günü keçirilib

Qazaxıstanın Almatı şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Diasporpress.az xəbər verir ki, "Qazaxıstan" otelində baş tutan tədbirdə ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Qazaxıstan Xalqı Assambleyasının, "Nur Otan" partiyasının nümayəndələri, elm, mədəniyyət, incəsənət xadimləri, KİV təmsilçiləri və gənclər iştirak ediblər.

Tədbirdə Turan Azərbaycanlıları Konqresinin prezidenti Müseyib Novruzov, pedaqoji elmlər doktoru, professor Qrif Xayrullin, Milli Aqrar Universitetin professoru, "Vətəndaş" Krım tatarlarının mədəni mərkəzinin Almatı ictimai birliyinin sədri Seit Babaliyev, Qazaxıstan Elmlər Akademiyasının M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Kıdır Topali, Dünya Azərbaycanlıları Qurultayının Əlaqələndirmə Şurasının üzvü, ”Kurmet” ordeni kavaleri Mehdi Məmmədov və digərləri çıxış ediblər. Natiqlər soydaşlarımızı xalqımızın və ölkəmizin tarixinin şanlı səhifəsinə çevrilmiş bu bayram münasibətilə təbrik ediblər.

Tədbir konsert proqramı ilə davam edib.